22 Temmuz 2010 Perşembe

ŞAİR NE TEZ QOCALDIN SEN.......!


Şair, nə tez qocaldın sən...!

Nemətsə də gözəl şer,

Şair olan qəm də yeyir.

Ömrü keçir bu adətlə,

Uğurlu bir səadətlə.

Görən məni nədir deyir: Saçlarına düşən bu dən?

Şair, nə tez qocaldın sən!


Dünən mənə öz əlində Gül gətirən bir gəlin də

Gözlərində min bir sual Heykəl kimi dayandı lal…

O bəxtəvər gözəlin də

Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən!


Ovçuluğa meyil saldım, Gecə – gündüz çöldə qaldım,

Dağ başından enib düzə

Bir ox kimi süzə – süzə

Neçə ceyran nişan aldım;

Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən?


Bəzən uca, bəzən asta,

Ötür sazım min sim üstə.

Andı yalan, eşqi yalan,

Dostluğu da rüşvət olan,

Ürək yıxan bir iblis də

Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən!

Saç ağardı,

ancaq ürək Alovludur əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm…

Bilirəm ki, deməyəcək

Bir sevgilim , bir də Vətən: -Şair, nə tez qocaldın sən!(Semed Vurgun)






BAX İBRƏT AL YERƏ DÜŞƏN YARPAĞA O DA SƏNİN KİMİ YUXARIDAN BAXIRDI TORPAĞA!

Hiç yorum yok:

Yorum Gönder